Tbilisinin mərkəzində Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya keçiriləcək

119

Oktyabrın 10-da yerli vaxtla saat 17:00-da Tbilisinin mərkəzində Rustaveli prospektində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azad edilməsi tələb ilə mitinq keçiriləcək.

Haqlı.az xəbər verir ki, bu barədə Gürcüstanın “Qanun və Ədalət” Partiyasının lideri, millət vəkili Tako Çarkviani məlumat verib.

Tako Çarkviani qeyd edib ki, aksiya hakimiyyət orqanları üçün xəbərdaredici xarakteri daşıyacaq.

Siyasətçi bəyan edib ki, onlar M.Saakaşvilinin sərbəst buraxılması ilə yanaşı, növbədənkənar seçkilərin təyin olunmasını tələb edəcəklər.

Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın birində, yerli özünüidarə orqanlarına seçkilərə bir neçə saat qalmış Gürcüstan hakimiyyəti tərəfindən saxlanılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin