Ermənistan COVID-19-a yoluxanları dövlət hesabına müalicə etməkdən imtina edir

120

Ermənistanda peyvənd olunmaqdan imtina edən, lakin koronavirusa yoluxan xəstələrin müalicəsi pullu ola bilər.

Haqlı.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə nazirliyinin mətbuat katibi Ripsime Xaçatryan məlumat verib.

R. Xaçatryanın sözlərinə görə, hazırda bununla əlaqədar müzakirələr davam edir, yekun qərar hələ verilməyib.

O, əlavə edib ki, koronavirusa yoluxmuş şəxsin müalicəsi təxminən 800 min drama (təxminən 1 600 ABŞ dollarına – red.) başa gəlir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin