Pakistanda güclü zəlzələ: Onlarla insan həlak olub, yüzlərlə şəxs yaralanıb – FOTO

122

Pakistanın Bəlucistan əyalətində 5,7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində altısı uşaq olmaqla azı 20 nəfər ölüb, 300-dən çox adam da yaralanıb.

Haqlı.az xəbər verir ki, yeraltı təkanların episentri Harnay şəhərindən 14 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 20.8 kilometr dərinlikdə olub.

Təbii fəlakət qurbanlarının sayının çox olacağı istisna edilmir. Dağıntılar altında hələ də insanlar qalıb.

Mənbə: “Dawn”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin