Gürcüstan KİV: “Qaribaşvili baş nazir postundan istefa verir”

87

Gürcüstan KİV-də Baş nazir İrakli Qaribaşvilinin vəzifəsindən istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb.

Haqlı.az xəbər verir ki, bu barədə yerli “Pirveli TV” etibarlı mənbəyə istinadən məlumat yayıb.

Qaribaşvilinin istefası ilə bağlı xəbər hakim “Gürcü arzusu”nun oktyabrın 2-də keçirilən bələdiyyə seçkilərində regionlarda uğursuz nəticələr əldə etməsi ilə əlaqələndirilir. Buna beynəlxalq qalmaqal da əlavə olunub.

Qeyd edilir ki, İ.Qaribaşvilini ölkənin hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze əvəz edəcək.

“Pirveli TV” səhər saatlarından əksər deputatlardan şərh almağa çalışsa da, onlar bu barədə heç bir şey bilmədiklərini deyiblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin