TƏCİLİ! Müdafiə nazirliyi yaxınlığında DƏHŞƏTLİ İNSİDENT – Polis zabiti ÖLDÜRÜLDÜ

ABŞ-ın Müdafiə Nazirliyi – Pentaqon yaxınlığında atışma baş verib.

Haqlı.az xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, insident zamanı polis zabiti öldürülüb.

Atışma çərşənbə axşamı Pentaqon kompleksindəki avtobus dayanacağında baş verib. Hadisə ilə əlaqədar sakinlər müvəqqəti olaraq yaşayış binasına buraxılmayıblar və bina müvəqqəti bloklanıb.

Qeyd edilir ki, ərazidə vəziyyət normallaşıb, lakin ən yaxın metro stansiyasına giriş hələ də bağlıdır.

Daha əvvəl WDVM telekanalı fövqəladə xidmətlərə istinadən hadisə zamanı bir neçə nəfərin xəsarət aldığını xəbər verib. İnsident metro stansiyasının yaxınlığında qeydə alınıb.

/ publika.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin