27 C
Baku
Bazar ertəsi, İyun 27, 2022
Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə bizim ölkələrimiz, qarşılıqlı fəaliyyətimiz və regional təhlükəsizlik üçün olduqca pozitiv əhəmiyyət kəsb edəcək. Haqlı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib. Dövlət başçısı bildirib: “Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik...
Rusiya Federasiyası keçmiş SSRİ respublikalarının suverenliyini dəstəkləyir. Haqlı.az-ın xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. “Biz Rusiya İmperiyasının bərpası barədə spekulyasiyaların olacağını bilirdik, amma bu, həqiqətə uyğun deyil", - Putin vurğulayıb.
Prosesin sülh yolu ilə getməsi üçün hər şeyi edəcəyik. Haqlı.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib. Qarabağ ətrafındakı vəziyyətdən danışan Rusiya liderinin sözlərinə görə, artıq ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müəyyən razılaşma var. Mübahisələrin olduğunu vurğulayan Rusiya dövlət başçısı...
İrəvanda AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclası keçirilib. Haqlı.az-ın xəbərinə görə, iclasa AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sədrlik edib. İclasda Gürcüstan Parlamentinin üzvü Maia Bitadzenin müəllifi olduğu “Avropa Green Deal (Yaşıl...
Biz İsrail Prezidenti İsaak Hersoqun bu səfərinə böyük əhəmiyyət veririk. Bu səfərlə Türkiyə-İsrail münasibətlərində atılan addımı bundan sonra başqa ölçülərdə atıla bilər. Haqlı.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.   O qeyd edib ki, səfər zamanı Fələstin məsələsində atılan addımlarda həll nöqtələri ön plana çıxa bilər. ‘Ümid...
Çin hesab edir ki, Rusiyanın "Donetsk və Luqansk Xalq Respublikaları"nı tanımasından sonra konfliktin eskalasiyasına imkan verilməməlidir. Haqlı.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Van Venbin açıqlama verib. O, Çinin Ukrayna böhranında mövqeyinin bəlli olduğunu və məsələnin BMT Nizamnaməsi əsasında həll olunmasının vacib olduğunu qeyd edib. Van...
Rusiya tərəfindən “DXR” və “LXR”in “müstəqilliyi”nin tanımasını qəbul etmirik. Haqlı.az-ın yerli bürosunun xəbərinə görə, bu bəyanatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Nazirlikdən bildirilib ki, qərar Ukraynanın ərazi bütövlüyünə qarşı atılmış addımdır. Türkiyə tərəfləri beynəlxalq hüquqa riayət etməyi çağırır.
Rusiya Prezidenti Vladimir Putin silahlı qüvvələrə “DXR” və “LXR”də sülhü təmin etmək tapşırığı verib. Haqlı.az-ın xəbərinə görə, bu barədə fərman rəsmi hökumət portalında dərc edilib.