16 C
Baku
Cümə, May 27, 2022
"Biz Ermənistan və Azərbaycan arasında başlayan dialoqu alqışlayırıq". Haqlı.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə deyib. "Biz bu yanaşmanı və Baş nazir Nikol Paşinyanın hamımızın istədiyi regionda dayanıqlı sülh istiqamətində addımlarını qiymətləndiririk", - Blinken deyib. Qeyd edək ki, Mirzoyanın Vaşinqtona səfəri çərçivəsində...
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb. Haqlı.az-ın verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib. Danışıq zamanı nazir Akar başda Mariupol olmaqla, qurudan və dənizdən dinc əhalinin təhlükəsiz şəkildə təxliyəsinin vacibliyini vurğulayıb.
Brüsseldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş baş tutub. Haqlı.az xəbər verir ki bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tovio Klaar "Twitter"də bildirib. "Hikmət...
İran və Türkiyə prezidentlərinin telefon danışığı olub. Haqlı.az-ın məlumatına görə, İran prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında region ölkələri, xüsusilə Türkiyə ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu açıqlayıb. İran və Türkiyə prezidentləri Fələstin məsələsini müzakirə ediblər.
Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Haqlı.az xəbər verir ki, Prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını çatdırıblar. Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf...
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə ilə sərhədin redemaraskiyası ilə bağlı müzakirələrin olmadığını bildirib. Haqlı.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan "Twitter"də bildirib. "Medianın sualına cavab olaraq bildiririk ki, Ermənistan ֊ Türkiyə sərhədinin redemarkasiyası ilə bağlı heç bir müzakirə və razılaşma yoxdur. Gündəlikdə belə bir məsələ...
Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı Avropa Komissiyasının anketinə cavabı təqdim edib. Haqlı.az xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili "Twitter"də bildirib. "Anketi Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzellə təqdim etməkdən qürur duyuram. Beləliklə, biz ölkəmizin inteqrasiyası yolunda mühüm mərhələyə qədəm qoyduq. Mən əminəm ki, gürcü xalqı ali məqsədinə...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə polşalı həmkarı Andjey Dudanı təbrik edib. Haqlı.az xəbər verir ki, təbrikdə Azərbaycan-Polşa ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğu vurğulanır. Təbrik məktubunda daha sonra deyilir: “Daim genişlənən siyasi, iqtisadi və humanitar əlaqələrimiz, yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif...
Yunanıstan Egey və Aralıq dənizlərində təxribat xarakterli hərəkət və ritorikasını inadla davam etdirir. Haqlı.az-ın verdiyi xəbərə görə, bu barədə milli müdafiə naziri Hulusi Akar deyib. O qeyd edib ki, Türkiyənin problemləri dialoq yolu ilə həll etmək niyyəti zəiflik deyil. “Biz özümüzün və kiprli qardaşlarımızın haqlarını tapdalamağa icazə verməyəcəyik. Yunanıstan hər dəfə bəzi...
Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatı ilə əlaqədar İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. Haqlı.az-ın xəbrinə görə, bu barədə İsrail XİN məlumat yayıb. “Rusiya xarici işlər naziri Sergey Lavrovun hədsiz iradlarına görə, Xarici İşlər Nazirliyi Rusiya səfirini Avro-Asiya departamentinin baş direktorunun müavini ilə izahat söhbətinə çağırıb”,...