26 C
Baku
Bazar ertəsi, İyun 27, 2022
Müzakirələrimiz zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün Azərbaycan tərəfindən atılan addımlar barədə həmkarıma məlumat verdim. Haqlı.az xəbər verir ki, bunu İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, regionda kommunikasiyaların açılması, dövlət sərhədinin müəyyən...
Əlcəzair İspaniya hökumətinin Qərbi Sahara məsələsində mövqeyində kəskin dəyişikliyini göstərən bəyanatlarından sonra Madriddəki səfirini məsləhətləşmələr üçün dərhal geri çağırmaq qərarına gəlib. Haqlı.az-ın məlumatına görə, bu barədə Əlcəzairin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir. Xatırladaq ki, İspaniyanın baş naziri Pedro Sançec Mərakeş kralı VI Məhəmmədə məktub göndərərək, rəsmi Madridin "Mərakeş üçün Sahara probleminin...
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Spiker Gürcüstanın xarici işlər nazirinin bu vəzifədə ilk səfərini ölkəmizə etməsinin münasibətlərimizin yüksək səviyyədə olmasının daha bir göstəricisi olduğunu bildirib, səfərin ölkələrimiz arasında...
Almaniya Rusiyanı artıq etibarlı tərəfdaş hesab etmir. Haqlı.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreyt bildirib. Hökumət nümayəndəsi “Qazprom”un bağlanmış müqavilələrə zidd olaraq Polşa və Bolqarıstana qaz verməmək qərarına reaksiya verib. Onun sözlərinə görə, Rusiyanın ayrı-ayrı ölkələrə qaz tədarükü ilə bağlı mövqeyi uzunmüddətli perspektivdə ona arxalanmağın...
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Oleksii Reznikov ilə telefonla danışıb. Haqlı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib. Türkiyə Müdafiə Nazirliyindən görüşlə bağlı edilən yazılı açıqlamaya görə, nazirlər arasında Mariupoldan təxliyə və humanitar yardımların çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Akar atəşkəsin ən qısa zamanda elan...
4 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.  Haqlı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə AR XİN-in rəhbər heyəti, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və...
Rusiya İsrail xarici işlər nazirinin Ukraynada antisemitizm təzahürlərinin olmaması ilə bağlı “anti-tarixi” bəyanatlarına cavab verib. Haqlı.az-ın məlumatına görə, Rusiya XİN-in Telegram kanalında yayılan bəyanatında bildirilib ki, Vladimir Zelenski neonasist siyasətini ört-basdır etmək üçün özünün mənşəyi haqqında spekulyasiya edir: “Biz İsrailin xarici işlər naziri Yair Lapidin indiki İsrail hökumətinin Kiyevdəki neonasist rejimini...
17 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub. Haqlı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlər, regiondakı cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası...
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 27-də Latviya Respublikası Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb. Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Latviya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib. İki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə...
Amerika Birləşmiş Ştatları (ABŞ) Cənubi Qafqazda dinc, demokratik və firavan gələcək qurmaqda sadiqdir. Haqlı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib. ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı diplomatik təmaslarını fəallaşdırmağa, münaqişənin və ya onun nəticələrinin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə və...