27 C
Baku
Bazar ertəsi, İyun 27, 2022
"Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk". Haqlı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezident Kitabxanasının qurulmasının 30 illiyinə həsr edilən tədbirdə bildirib. “Qardaş dövlətin brendinin "Türkiye" olaraq dəyişdirilməsi ilə bağlı təbriklərimi çatdırıram. Bu brend qardaş ölkənin ən yaxşı şəkildə təqdim olunmasıdır. Bu il biz Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin...
Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir. Haqlı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında qeyd olunub. Qeyd edək ki, Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə isə Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın Bolqarıstandakı...
“Türkiyə Azərbaycanın Qarabağdakı mübarizəsini, Qarabağın azad olunmasını dəstəkləyəndə bəziləri Türkiyəni ittiham edirdilər”. Haqlı.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib. “Azərbaycanın yox, Ermənistanın yanında olanlar, onların tezislərini dəstəkləyənlər imperialistlərin maşasıdır. 1940-cı illərdə Türkiyəyə sığınan azərbaycanlı ziyalılar SSRİ-yə göndərildi. Problem budur: müxalifət...
Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun 10 may 2022-ci il tarixində Paraqvayın xarici işlər naziri Xulio Ariola ilə görüşü keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, Azərbaycan -Paraqvay arasında aparılan siyasi dialoqun vacibliyi vurğulanıb....
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü planlaşdırılır. Haqlı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan açıqlama verib.
Litva Prezidenti Gitanas Nauseda gələn həftə Azərbaycana səfər edəcək. Haqlı.az xəbər verir ki, dövlət başçısı mayın 18-də Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumunda iştirak edəcək. Forumun əsas məqsəd Azərbaycan və Litva arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların axtarışı, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin qurulmasıdır. Forumun əsas mövzuları qida sənayesi, enerji və...
Sanksiyaların neytrallaşdırılması və aradan qaldırılması istiqamətində işlər aparılır. Haqlı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Twitter“ hesabında İranın “5+1” ölkələri ilə yaxşı və güclü razılaşma əldə etmək səyləri haqqında münasibət bildirərkən yazıb. O qeyd edib ki, ölkənin iqtisadi transformasiyadan qorunması və subsidiya sisteminin ədalətli bölüşdürülməsi əsas...
Türkiyə, Rusiya, Ukrayna və BMT arasında humanitar təmas qrupu çərçivəsində danışıqlar aparıla bilər. Haqlı.az xəbər verir ki, bu barədə TRT Haber diplomatik mənbələrə istinadən məlumat yayıb. Diplomatik mənbələr yaxın günlərdə baş tutacaq mühüm görüşə diqqət çəkib. Qeyd olunub ki, BMT humanitar təmas qrupunun yaradılması təklifi ilə çıxış edib, yaxın günlərdə bu...
Avropa İttifaqı (Aİ) Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi ola bilməz. Haqlı.az “Frankfurter Allgemeine Zeitung”a istinadən xəbər verir ki, bu fikri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib. O, qeyd edib ki, danışıqların nəticəsini yalnız Ukrayna, Rusiya və vasitəçi müəyyən etməlidir. "Biz yox. Rusiyalıları biz qəbul etməyəcəyimiz...
ABŞ Senatı Rusiyanı terrorçuluğun sponsoru kimi tanıyan qətnaməni qeydə alıb. Bu barədə Haqlı.az Ukrayna mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, demokrat Riçard Blumental və respublikaçı Lindsi Qrem ABŞ Senatında Rusiyanı terrorizmin sponsoru dövlət kimi tanıyan qətnamə təqdim ediblər. Qətnamənin təşəbbüskarları sənəddə Vladimir Putinin hakimiyyəti dövründə Rusiya hökumətinin hərəkətlərini terror aktları adlandırıblar və...