18.1 C
Baku
Çərşənbə, May 12, 2021
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun 5-6 may tarixlərində İrəvana, 10-11 may tarixlərində isə Bakıya səfəri gözlənilir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 29-da brifinqdə deyib ki, S.Lavrovun keçirdiyi görüşlərdə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrası müzakirə ediləcək. Niyə birinci İrəvan? Lavrovun...
İranda yaşayan ermənilər növbəti dəfə qondarma soyqırımı yad ediblər. KAİM.az-ın məlumatına görə, bu azmış kimi din xadimi qiyafəsinə bürünmüş şəxslər də daxil olmaqla tədbirdə iştirak edən ermənilər öz separatçılıqlarından da geri qalmayıblar. Onların hər birinin üzündə quldur rejimin əski parçasını xatırladan maskalar olub. 30 milyondan çox azərbaycanlının yaşadığı, Türkiyə ilə birlikdə...
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. KAİM.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək səviyyəli nümayəndəsi bildirib. “Bizim yanaşmamız sabitdir: dediyimiz kimi, məsuliyyətli bir ölkə adına layiq bilmədiyimiz, qəbuledilməz hesab etdiyimiz hərəkətlərinə görə Rusiyanı dəyərləndirməkdən çəkinməyəcəyik”, - mənbə belə deyib. (APA)
Prezidentin “Zəngəzura qayıdacağıq” açıqlamasından sonra Paşinyan bölgəyə gəldi və müharibədən sonra ilk dəfə dövlət sərhədinin Zəngilan istiqamətində təxribat hücumu edildi. Bu, Zəngəzur dəhlizinə və azərbaycanlıların tarixi torpaqlarına qayıdışına qarşı olanların hücumu idi. Bu hadisələrin ardınca Əliyevin Zəngilana getməsinin arxasında üç mesaj var: 1. Azərbaycan mövqeyindən geri çəkilməyib; 2. Bütün təxribatlara rəğmən, Zəngəzur...
"Müharibə bitdikdən beş ay sonra, hələ də Ermənistan cəmiyyətində nifrət və Azərbaycanofobiya təzahürü müşahidə olunur. Azərbaycanla barışıqdan və dinc yanaşı yaşamaqdan danışmağa cəsarət edən hər kəsin "xain" kimi qəbul edildiyini və təhqiramiz şəkildə "Azərbaycanlı" və "Türk" adlandırıldığını görmək narahatlıq doğurur. Üstəlik, məsuliyyətsiz və təhlükəli revanşizm və dözümsüzlük fikirləri dövlət...
“30 il əvvəl işğal olunmuş Qarabağ və Azərbaycan şəhərlərində edilənlər göz önündədir”. KAİM.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra keçirilən mətbuat konfransı zamanı bildirib. “Hörmətli Bayden, Minsk Qrupu deyilən bir üçlük quruldu. 30 il ərzində bu işğala son qoymadınız. Təəssüf ki, oradakı insanlar, bir...
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar. KAİM.az xəbər verir ki, səfərdən geniş reportaj aprelin 27-də təqdim ediləcək.
“Mən Baydenin soyqırım ifadəsindən istifadə etməsini erməni diasporu ilə deyil, geosiyasi məsələlərlə, daha dəqiq desək Türkiyə və Rusiya faktoru ilə bağlayıram”. KAİM.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov səsləndirib. O bildirib ki, Qərb Avrasiyanın yeni meqalayihəsi olan Zəngəzur – İstanbul kanalı nəqliyyat qovşağının Rusiya...
ABŞ Prezidenti Co Baydenin bəyənilmə reytinqi prezidentliyinin ilk 100 günündə 52% olub. KAİM.az xəbər verir ki, bu barədə sorğunun nəticələrini "The Washington Post” və “ABC News” yayıb. Bildirilir ki, bu göstərici 1945-ci ildən bəri prezidentlər Cerald Ford (48%) və Donald Trampda (42%) aşağı olub. Sorğuya əsasən, respondentlərin 52%-i Baydenin işini “birmənalı”...
“Qiyamla, üsyanla Osmanlı dövlətinə xəyanət edib torpaq iddiasına düşən, türk qətliamları törədən ermənilərin deportasiya ilə cəzalandırılması əcdadlarımızın onlara qarşı ən alicənab davranışıdır”. KAİM.az xəbər verir ki, bunu Türkiyənin Təhsil-Həmkarlar Təşkilatının rəhbəri Talip Geylan bildirib. T.Geylan ABŞ Prezidenti Co Baydenin 24 aprel 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar verdiyi açıqlamada qondarma “soyqırımı”...