33 C
Baku
Çərşənbə, İyun 23, 2021
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq hüququn əsas norma və prinsipləri pozulmaqla Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlarına silahlı hərbi təcavüz aktları başlayıb. KAİM.az xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumata görə, qeyd olunan cinayətlərin gedişində Azərbaycan...
Xankəndindəki separatçı-terrorçu rejimin və daşnak partiyasının tör-töküntüləri bu gün – aprelin 24də səhər saatlarında Rusiya hərbçilərinin nəzarətində olan əraziyə daxil olaraq Şuşanın girişindəki tank-abidənin yanına qondarma “soyqırım” günü ilə bağlı plakat vurublar. KAİM.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılmış görüntülərdən bəlli olur ki, plakatın üzərində “Biz unutmuruq, biz...
Əldə olunan məlumata görə, 11-12 may 2021-ci il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində Avropa Şurasının xətti ilə “Azərbaycan və Ermənistan arasında inamın artırılması məqsədilə dialoqun bərpası” adlı tədbir planlaşdırılmışdı. Bu tədbirdə Avropa Şurasının yüksək səviyyəli nümayəndələri, keçmiş ölkə başçıları, insan hüquqları üzrə komissarlar, Rusiya və Türkiyədən olan ekspertlərin iştirakı...
Ermənistanda Azərbaycan və Türkiyə bayraqları yandırılıb. KAİM.az xəbər verir ki, bir qrup azğın şəxs İrəvanın mərkəzində Azərbaycanın və qardaş ölkənin bayrağını yandırıb.
Dünən erməni baş nazir Paşinyanın Sünik vilayətinə səfərinə və baş verənlərə xüsusi olaraq baxmaq lazımdır. ✔Nəhayət, baş nazir 10 noyabr sazişinin 9-cu maddəsində nəzərdə tutulan  "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb...
Moskvanın bir neçə mərkəzi küçəsində razılaşdırılmamış mitinq keçirilib. Aksiya iştirakçıları yolu bağlayıblar. KAİM.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bir neçə yüz nəfər etirazçı Rojdestvenka küçəsində hərəkət zolağına çıxaraq, Rojdestvenskı bulvarı və Bulvar dairəsinin bir hissəsində avtomobil yoluna çıxıblar. Etirazçılar Trubnaya meydanına doğru davam ediblər. Ara yollar da polis tərəfindən nəzarətə alınıb.
“Paşinyanın bundan əvvəl digər regionlara getməsindən fərqli olaraq Zəngəzura səfəri ciddi şəkildə gizli saxlanılıb. Hətta təhlükəsizlik qüvvələri bu barədə son anda məlumat alıblar. Yol polisinə isə səfərə yalnız yarım saat qalmış Paşinyanı müşayiət etmək göstərişi verilib”. KAİM.az xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov...
“Zəngəzurun ermənilərə verilməsinin memarı Amerika Birləşmiş Ştatatları, Azərbaycan Cümhuriyyətinin qurucularını aldadan isə Amerika ordusunun polkovniki, Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdiyi polkovnik V.Haskelin müavini polkovnik Ceyms Rey idi”. KAİM.az xəbər verir ki, bu faktlar barədə KONKRET.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev danışıb. Politoloq bildirib ki, Zəngəzurun...
“Rusiya sülhməramlı kontingentinin humanitar minatəmizləmə şirkətinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağ ərazisini mina təhlükəsi və partlayıcı obyektlərdən təmizləməyə davam edir”. KAİM.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) bu gün yaydığı məlumatda bildirilir. “Hazırda rusiyalı istehkamçılar şəhər tipli Qırmızı Bazar qəsəbəsinin kənarında partlayıcı maddələr axtarır. Silahlı münaqişə zamanı əvvəllər yerli...
Azərbaycanın öz hüquqi-tarixi torpaqlarının azadlığı uğrunda 44 günlük Zəfər yürüşündən sonra yaranmış geo-siyasi şəraitin tələblərinə uyğun olaraq meydana çıxdığı deyilən 10 Noyabr üçtərəfli razılaşması əsasında sülhməramlı adı altında Laçın dəhlizi və keçmiş Dağlıq Qarabağ torpaqlarımızda yerləşdirilmiş Rusiya hərbi kontingentinin öz rəsmi missiyalarından kənar bəzi davranışları xalqımızda, ictimaiyyətdə haqlı narazılıqlar...