26 C
Baku
Bazar ertəsi, İyun 27, 2022
Bu ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən başlanmış 273 cinayət işinin istintaqı tamamlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. "Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 273-dür. Belə ki,...
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Gürcüstandan daxil olan "Volvo” markalı nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib. Haqlı.az-ın komitəyə istinadən verdiyi məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı...
Paytaxtda narkotik maddələrin satışı ilə məşğul olan, yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlayan, həmçinin hədə-qorxu ilə tələb etmə və çoxsaylı oğurluq cinayətləri törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. Haqlı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış və...
Birinci rübdə Dövlət Gömrük Komitəsi tərəfindən cinayət xarakterli 53 fakt aşkarlanıb. Haqlı.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) açıqlayıb. Komitədən bildirilib ki, bunlardan 20-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 25-i isə qaçaqmalçılıq və digər cinayət xarakterli faktlardır. Bu əməlləri törədən şəxslərin sayı 58 nəfər olub.
Göyçay rayonu ərazisində qanunsuz tikinti-quraşdırma işlərinin aparılması və digər qanun pozuntusu faktları ilə əlaqədar daxil olmuş vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılır. Haqlı.az xəbər verir ki, bununla bağlı Göyçay Rayon Prokurorluğu məlumat yayıb. Aparılmış istintaq...