26 C
Baku
Bazar ertəsi, İyun 27, 2022
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazəsi olmadan keçmək istəyən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam rayon sakini Möhübət Məmmədov rayonun Hacıməmmədli kəndi ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd göstərərkən nəzarət qaydasına uyğun polis əməkdaşları...
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələri 2 nəfərin satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub. DİN-dən verilən xəbərə görə, həmin şəxslərin saxlanılması istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri hazırlanaraq həyata keçirilib. Onlardan biri əvvəllər də narkotiklərin qanunsuz...
Ağcabədi rayonunda evdən oğurluq edilib. DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis Şöbəsinə aprelin 25-də evlərdən birindən oğurluq olması barədə məlumat daxil olub. Keçirilən əməliyyatla 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Məmmədov saxlanılıb. Ağdamda isə evdən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində...
Daxili İşlər Nazirliyi Tovuzda baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb. DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun verdiyi məlumata görə, Əyyublu kənd sakini 1988-ci il təvəllüdlü Yasin İbrahimov dostları ilə kənd ərazisindəki artezian quyularının birində elektrik paylayıcısından naqil kəsmək istəyən zaman onu cərəyan vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Hadisə...
Gürcüstana 10 kiloqramdan çox heroin keçirməyə çalışan iki Azərbaycan vətəndaşı saxlanılıb. Haqlı.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin Sərhəd Xidmətinin əməkdaşları iki Azərbaycan vətəndaşı - 1998-ci il təvəllüdlü Ü. T və 1989-cu il təvəllüdlü E. M-ni külli miqdarda narkotik maddəni Gürcüstana keçirməyə çalışarkən...
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətdən verilən xəbərə görə, Cinayət Məcəlləsinin 93.12, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum İqbal Bəxtiyar oğlu Qəhrəmanova həyat yoldaşı Bakı şəhər sakini...
Gəncədə yeniyetməni bıçaqlayan şəxs tutulub. Haqlı.az-ın məlumatına görə 17 yaşlı oğlanı 2006-cı il təvəllüdlü S.Hüseynov bıçaqlayıb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, tərəflər arasında mübahisə düşüb. Faktla bağlı araşdırma aparılır.
Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Masallı rayon sakini Nazim Qurbanovun narkotik vasitə qəbul...
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkilərinin yetişdirilməsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli...
Aprelin 30-u saat 23 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 1963-cü il təvəllüdlü Gülağa Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla qeyd edilən qəsəbə sakini 1993-cü il təvəllüdlü Zamir Ağaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülağa Əliyevə bıçaqla xəsarətlər yetirərək...