26 C
Baku
Çərşənbə axşamı, Avqust 9, 2022
Bərdədə şənlikdə havaya 2 dəfə atəş açan şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə Mirzəxan kəndi ərazisində keçirilən şənlik zamanı havaya 2 dəfə atəş açılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Abdullayevin sərxoş vəziyyətdə tüfəngdən...
Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə paytaxt üzrə cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı açıqlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, 2021-ci ildə Bakıda narkotikə görə ümumilikdə 2 487 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Paytaxtın inzibati rayonları üzrə bölgüsünə əsasən, Sabunçuda 432, Binəqədidə...
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əmək­daşları tərəfindən 9815 qram narkotik vasitəyə bənzər maddənin və 2990 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Haqlı.az xəbər verir ki, bu barədə...
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan Vüsal Bağırov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda 5 nəfəri onların...
Neftçala rayonu, Xəzər bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Neftçala rayon prokurorluğundan verilən xəbərə görə, araşdırmalarla bələdiyyənin sabiq sədri Loğman Sultanovun 1823 manat məbləğində pul vəsaitini, hazırkı bələdiyyə sədri Fətulla Muradovun isə işlədiyi dövrdə 2196 manat məbləğində pul vəsaitini öz...
Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib. Haqlı.az xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılan zaman polis bölməsinə gətirilib. O, bölmınin ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti...
Moskvanın “Baku House” restoranında dava düşüb, nəticədə Ermənistan vətəndaşları bıçaqlanıb. Haqlı.az-ın “Moskovski Komsomolets”ə istinadən məlumatına görə, hadisə bazar günü gecə Rusakovskaya küçəsində baş verib. Səhər saat 03:30 radələrində “Baku House” restoranının yaxınlığında vətəndaşlar arasında münaqişə başlayıb və nəticədə bıçaqlı davaya çevrilib. Nəticədə ikisi 30 yaşlı əkiz qardaş olan üç Ermənistan vətəndaşı ağır yaralanıb....
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri tədbirlər nəticəsində Təzəkənd kəndi ərazisində nəzarət postunda...
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində sərhəd mühafizə və əməliyyat tədbirləri davam etdirilir. DSX-dan verilən xəbərə görə, aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanıb, sərhəd zastavası “Silaha” komandası...
Bakıda iki avtomobil yandırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus “Lexus” və “Hyundai” markalı avtomobilləri yandırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini R. Abbasov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.