26 C
Baku
Bazar ertəsi, İyun 27, 2022
Futzal üzrə Azərbaycan millisi dekabrda İranın paytaxtı Tehran keçiriləcək Xəzər Kubokunda iştirak edəcək. Haqlı.az xəbər verir ki, bu barədə Rusiya Mini Futbol Assosiasiyasının əslən azərbaycanlı prezidenti Emil Əliyev "Match TV"yə müsahibəsində bildirib. 44 yaşlı funksioner turnirə Azərbaycan və Rusiya ilə yanaşı, İran və Qazaxıstan seçmələrinin də qatılacaqlarını söyləyib. Əliyev Rusiya komandasının yarışda...
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. Haqlı.az-ın məlumatına görə, bu ada İspaniyanın "Real Madrid" klubundan Kərim Benzema, "Vilyarreal"dan Xuan Foyt, İngiltərə "Mançester Siti"sindən Bernardu Silva və "Liverpul"dan Tyaqo Alkantara idda edir. Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə...
Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Haqlı.az-ın məlumatına görə, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i Niderlandda "Feyenoord"la üz-üzə gələcək. Görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək. Gecənin digər matçında İtaliya "Roma"sı İngiltərədə "Lester"in qonağı olacaq. "Lester...
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək. Haqlı.az-ın məlumatına görə, bu raundun hər iki oyunu eyni gündə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Turnirin favoritlərindən Almaniya "Leyptsiq"i evdə Şotlandiya "Reyncers"ini qəbul edəcək. "Red Bull Arena"dakı matçın baş hakimi fransalı Benua Bastyen olacaq. Meydan sahiblərindən Məhəmməd Simakan, Villi Orban...
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində növbəti görüşünü keçirib. Haqlı.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VI turunda niderlandlı Yorden van Forestlə üz-üzə gəlib. Görüş Məmmədyarovun 3,5:2,5 hesablı qələbəsi ilə yekunlaşıb. Məmmədyarov ilk turda vietnamlı Le Kuanq...
“Real”, “Barselona” və “Yuventus” Çempionlar Liqasının 2023/24 mövsümünə buraxılmaya bilər. Haqlı.az-ın məlumatına görə, UEFA Superliqanın yaradıcılarına qarşı sərt sanksiya tətbiq etməyə hazırlaşır. Klublar 15 milyon avro cərimə ödəməli və avrokubok mövsümündəki qazancın 5 faizini verməlidir. Bunu etməyən klublar avrokuboklar buraxılmayacaq. Bunadək Superliqada iştirak etməli olan digər 9 klub eyni cəzaya məruz...
Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin iclası keçirilib. ABF-dən verilən məlumata görə, yığıncaqda mayın 21-31-də Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq kişi boksçular arasında Avropa çempionatında iştirak məsələsi müzakirə edilib. Müzakirələr nəticəsində Beynəlxalq Boks Assosiasiyasına may ayında keçiriləcək seçkilər, idmançılarımızın boks üzrə dünya çempionatına təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas...
Fransanın PSJ klubu braziliyalı hücumçu Neymarı yayda 90 milyon avroya satmağa hazırdır. Haqlı.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu Çempionlar Liqasının pley-off mərhələsində rəqabətədavamlı olmaq üçün yaxın vaxtlarda böyük dəyişikliklər etmək niyyətindədir. Neymarın müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulsa da, onlar sözügedən müqaviləni bu yay ləğv etmək istəyirlər. Qeyd edək...
"Bakı buxtasında yelkənli idman üzrə beynəlxalq yarışlar keçirilə bilər". Haqlı.az xəbər verir ki, bunu, Azərbaycan Yelkən Federasiyasının Ümumi Yığıncaq üzvü, MEDİA-nın direktoru Əhməd İsmayılov mətbuat konfransında deyib. O, yeni əcnəbi mütəxəssislərin gəlişi ilə hədəf və ambisiyaların böyüdüyünü bildirib: "Klublarımızda rəqabətin artırılması ilə yeni idmançıları heyətə cəlb edəcəyik. Təhsil Nazirliyinin də dəstəyi...
Cüdo üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb. Haqlı.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, yarışda ölkəni 11 idmançı təmsil edəcək. Onlardan 9-u kişi, 2-si isə qadın cüdoçudur. Kişilərin mübarizəsində Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, İbrahim...