27 C
Baku
Bazar ertəsi, İyun 27, 2022
Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. Haqlı.az xəbər verir ki, iclasda, ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi barədə xüsusi komissiyanın arayışı müzakirə edilib. “Azərbaycan Atletika Federasiyası” İB, “Azərbaycan Ağır Atletika Federasiyası” İB, “Azərbaycan Basketbol Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib. Bundan başqa,...
Yunan-Roma, sərbəst və qadın güləşi üzrə U-20 yığmalarımız ölkə xaricində təlim-məşq toplanışı keçir. Haqlı.az xəbər verir ki, hər üç komandamız aprelin 26-dan Türkiyədə hazırlıq prosesinə start verib. İki həftəlik toplanış iyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq U-20 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Yunan-Roma güləşçilərimiz böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər...
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilib. Haqlı.az-ın məlumatına görə, turun ilk oyun günündə A,B,C və D Liqalarında ümumilikdə 9 qarşılaşma oynanılıb. A Liqasının 2-ci qrupunda Portuqaliya İsveçrəni qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 2-ni Kriştianu Ronaldu vurub. Qrupun digər oyununda İspaniya səfərdə Çexiyaya məğlubiyyətdən...
Yay Olimpiya Oyunlarının boks yarışlarının proqramında dəyişiklik təsdiqlənib. Haqlı.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi verib. Yeni qərara əsasən, 2024-cü ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq Oyunların proqramında çəki dərəcələri müəyyənləşib. Növbəti Olimpiadada kişi boksçular 8 deyil, 7 – 51 kq, 57 kq, 63,5 kq, 71 kq,...
Poznanda keçirilən Avropa Kubokunun ilk yarış günü gənclərdən ibarət milli yığmamız üçün uğurla başa çatdı. Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, 23 aprel 2022-ci il tarixində Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kubokunun ilk günündə milli yığma komandamız 1 qızıl və 1 gümüş medal qazandı. 63 kiloqram çəki dərəcəsində yarışan idmançımız...
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb. Haqlı.az-ın məlumatına görə, bu ada İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Tyaqo Alkantara layiq görülüb. 31 yaşlı oyunçu İspaniya "Vilyarreal"ına 2:0 hesabı ilə qalib gəldikləri matçda 97 faiz dəqiq ötürmə ilə yadda qalıb, həmçinin 10,93 km məsafə qət edib.
Rusiya prezidenti Vladimir Putin Avropa Cüdo İttifaqının (ACİ) fəxri prezidenti statusunu itirib. Haqlı.az xəbər verir ki, bu barədə ACİ rəsmi məlumat yayıb. Bildirilib ki, bu gündən dövlət başçısının fəxri prezident statusu əlindən alınıb. Qeyd edək ki, daha öncə Beynəlxalq Cüdo Federasiyası da Vladimir Putinin fəxri prezident statusunu ləğv edib.
Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova Avropada öz növü üzrə qadınlar arasında 2021-ci ilin atleti seçilib. Haqlı.az-ın xəbərinə görə, gənclər və idman naziri Fərid Qayıbovun prezidenti olduğu Avropa Gimnastikasının keçirdiyi səsvermə artıq başa çatıb. Böyük Britaniyanı təmsil edən Cesika 11 529 səslə birinci olub. İkinci yeri italiyalı Vanessa Ferrari (9 017)...
Londonun “Arsenal” klubunun qanalı futbolçusu Tomas Parti müsəlman olub. Haqlı.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Futbolçunun bir müddət Londonda İslamın öyrənilməsi ilə məşğul olduğu bildirilir.
Azərbaycan yığması Çexiyanın paytaxtı Praqa şəhərindəki aerobika gimnastikası üzrə açıq beynəlxalq turnirdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Haqlı.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Komanda üzvlərindən fərdi proqramda Məryəm Topçubaşova (12-14 yaşlılar arasında) və Dilarə Qurbanova (15-17 yaşlılar arasında) bütün rəqiblərini üstələyiblər. Dilarə Qurbanova,...