27 C
Baku
Bazar ertəsi, İyun 27, 2022
Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşüb. Bu barədə nazirlikdən bildirilib. Məlumata görə, görüş “Masdar”ın Abu-Dabidəki mənzil-qərargahında baş tutub. Görüşdə bərpa olunan mənbələrdən enerji istehsalı üzrə əməkdaşlığın yeni layihələrlə genişləndirilməsi əsas müzakirə obyekti olub. “Masdar”ın əməkdaşlıq təklifləri Azərbaycanın...
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib. Haqlı.az-ın EİA-ya istinadən verdiyi məlumata görə, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatın 700 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoz...
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovla bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei arasında görüş olub. Energetika Nazirliyindən verilən məlumata görə, nazir Pərviz Şahbazov “Ümumdünya Kommunal Xidmətlər Konqresi”nin yüksək səviyyədə təşkilinə və dəvətə görə təşəkkürünü bildirib. Bu tədbirin qlobal enerji gündəliyində olan məsələlərlə yanaşı...
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunan növbəti hərracda 3 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib. Xidmətdən verilən məlumata görə, satılan əmlaklar İmişli, Lənkəran və İsmayıllı rayonlarında yerləşir, xidmət və emal sahələrinə aiddir. Əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilib. Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 67,5 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi...
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Abu-Dabidə “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşüb. Haqlı.az xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb. O qeyd edib ki, görüşdə “Yaşıl Enerji” üzrə yeni təkliflər dəyərləndirilib. “Masdar” şirkətinin Abu-Dabidə yerləşən mənzil-qərargahında baş tutan geniş tərkibli görüşdə bərpa olunan mənbələrdən enerji...
Mayın 10-da Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Haqlı.az-ın verdiyi xəbərə görə, tədbirdə çıxış edən səfir Elin Süleymanov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaranması, qorunması, bugünkü güclü dövlətə çevrilməsindəki mühüm önəmindən danışıb, ümummilli liderin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov və Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Estoniyanın Tallin şəhərində keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunda iştirak edir. Bu barədə nazirlikdən xəbər verilib. Bildirilib ki,...
Avropa Şurası Bakıda beynəlxalq konfransın təşkilini nəzərdən keçirəcək. Haqlı.az Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının sədr müavini Byorn Berq QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə bildirib. Şeyxülislam Avropa Şurasının Strasburqda baş tutmuş konfransa, dinlərarası dialoqa dair Strasburq prinsiplərinə böyük dəyər verib və qurum xəttilə...
Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə yük daşımaları üçün tələb olunan vaxt 4 saat azalacaq. Haqlı.az xəbər verir ki, bu barədə Gürcüstanın dəmir yollarının modernləşdirilməsi layihəsinin tərəfdaşlarından biri olan Asiya İnkişaf Bankının (ADB) 2021-ci il üzrə hesabatında bildirilib. Sənədə əsasən, layihənin reallaşdırılması ilə yük qatarlarının Azərbaycan sərhədindən Batumi limanına çatması...
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Müdafiə Nazirliyindən bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 04.05.2022-ci il tarixdən 07.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.