27 C
Baku
Bazar ertəsi, İyun 27, 2022
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanında səfərdədir. QMİ-dən verilən xəbərə görə, İslam Aləmi Liqasının Baş katibi Dr. Əbdülkərim Əl-İsanın dəvəti ilə Beynəlxalq Rabitə təşkilatının 11 may tarixində Ər-Riyadda "Dinlərin davamçıları arasında ortaq dəyərlər" mövzusunda keçirilən beynəlxalq konfransında iştirak edən Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış edib. QMİ sədri məruzəsində...
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Kosmik texnologiyalar konfransı” çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ilə Qazaxıstanın “Qarış Saparı” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, iki ölkə arasında kosmik sahədə birgə layihələrin təşkil olunması və peyk resurslarının qarşılıqlı istifadəsinə dair də razılıq əldə olunub. Mərkəzi Asiya...
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi Bakı şəhərinin Səbail rayonunda “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib. Haqlı.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Səbail Rayon İcra Hakimiyyəti və rayonun aidiyyəti təşkilatlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirədə Xəzər...
Mayın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Haqlı.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, əvvəlcə Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimi açıq...
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) və İranın Gömrük İdarəsi arasında 2022-2023-cü illərdə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib. Bu barədə DGK-dan bildirilib. Məlumata görə, bu məqsədlə iki ölkənin gömrük xidməti nümayəndələri arasında görüş keçirilib. Görüşdə DGK sədri Səfər Mehdiyev və Naxçıvan MR DGK-nın sədri Səhət Həbibbəyli,...
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi...
Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Aşqabadda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Haqlı.az Türkmənistan prezidentinin rəsmi saytının yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Mərkəzi Asiyada nəqliyyat-kommunikasiya şəbəkəsinin inkişaf perspektivlərindən və onun beynəlxalq nəqliyyat infrastrukturuna səmərəli inteqrasiyasından danışan Sərdar Berdiməhəmmədov, uğurlu icrası üçün hər iki ölkənin potensialından daha geniş istifadə...
Respublika Hərbi Prokurorluğu Dövlət Sərhəd Xidmətinin (DSX) gizirinin intihar etməsi faktı ilə bağlı məlumat yayıb. Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin verdiyi məlumata görə, 10 may 2022-ci il tarixdə DSX hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə...
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “İxrac strategiyasının hazırlanmasında və həyata keçirilməsində Azərbaycan hökumətinə dəstək” layihəsi yekunlaşıb. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, dəyəri 1 mln. avro olan və 18 aylıq müddəti əhatə edən layihə çərçivəsində milli ixrac siyasəti və strategiyalarının həyata keçirilməsi üçün koordinasiya, izlənmə və...
Baş Prokurorluq qanunvericilikdə narkotik istifadəsi ilə bağlı cəzaların dəyişdirilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. Baş Prokurorluğun mətbuat xidmətindən bununla bağlı məlumatda bildirilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilir: "Son günlər sosial şəbəkələrdə Milli Məclis tərəfindən qəbul edilən Cinayət və...