27 C
Baku
Bazar ertəsi, İyun 27, 2022
Nizami Kino Mərkəzində Vətən müharibəsini əks etdirən real döyüş kadrlarının yer aldığı “Köhnə çamadanlar” adlı tammetrajlı bədii filmin təqdimatı keçirilib. Haqlı.az xəbər verir ki, premyerada yaradıcı heyətlə yanaşı, ictimai xadimlər, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları və ssenaridə yer alan hadisələrin şahidləri iştirak ediblər. Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadın...
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 26.04.2022-ci il tarixdən 30.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək: "Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə...
Qaynar xəttə daxil olan müraciətlər araşdırılır. Haqlı.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, hələ ki Azərbaycan vətəndaşlarından xəsarət alan yoxdur. “Xarkovdan narahatedici xəbərlər gəlir. Çünki Xarkovda 75 mindən çox soydaşımız yaşayır. Səfirlik Azərbaycan Xarici İşlər Nazirliyi ilə, diaspor təşkilatlarının rəhbərləri ilə mütəmadi əlaqə saxlayır. Ukraynadakı Türkiyə...
"Bu gün biz işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik, bu işə böyük maraq var". Haqlı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Moskvada mətbuata bəyanatında bildirib. Dövlət başçısı deyib ki, bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və həmin...
Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə yük daşımaları üçün tələb olunan vaxt 4 saat azalacaq. Haqlı.az xəbər verir ki, bu barədə Gürcüstanın dəmir yollarının modernləşdirilməsi layihəsinin tərəfdaşlarından biri olan Asiya İnkişaf Bankının (ADB) 2021-ci il üzrə hesabatında bildirilib. Sənədə əsasən, layihənin reallaşdırılması ilə yük qatarlarının Azərbaycan sərhədindən Batumi limanına çatması...
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib. Haqlı.az-ın xəbərinə görə, təbrikdə deyilir: “Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca...
Martın 15-də Meksika Deputatlar Palatasında Konqresin 65-ci çağırış üzvlərindən ibarət Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun inauqurasiyası mərasimi keçirilib. Haqlı.az Azərbaycanın Meksikadakı səfirliyinə istinadən xəbər verir ki, mərasimdə Meksika Deputatlar Palatasının üzvü, hakim “Morena” partiyasının təmsilçisi və Azərbaycan-Meksika dostluq qrupunun sədri deputat Migel Anxel Peres Navarrete, Parlamentin beynəlxalq əlaqələr komissiyasının sədri deputat...
“Ötən gecə Bakıda baş vermiş faciəli partlayış məni çox kədərləndirdi. Həlak olanların ailələrinə İsrail xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirəm”. Haqlı.az xəbər verir ki, bunları İsrailin Azərbaycandakı səfiri Corc Dik Twitterdə yazıb.  
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Ankara İdman Salonunda FIVB Millətlər Liqasının dördüncü matçında Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyununu izləyib. Haqlı.az xəbər verir ki, bu barədə M.Çavuşoğlu tviter hesabında Ceyhun Bayramovla birlikdə Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyununu izləməsi ilə bağlı paylaşım edib. Çavuşoğlu azərbaycanlı...
“Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, biz müəyyən mənada artıq fəaliyyətə başlamışıq. Artıq neçə ildir ki, biz dialoq üzrə tərəfdaşıq. Bu, birinci pillədir. İkinci pillə - müşahidəçilərdir. Biz bir neçə il bundan əvvəl öz statusumuzu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət etmişik”. Haqlı.az-ın xəbərinə görə, bu barədə...