22 C
Baku
Bazar, İyun 26, 2022
Rusiyanın “Donetsk və Luqansk Xalq Respublikaları”nı tanımasını qəbuledilməz kimi dəyərləndiririk. Haqlı.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O, tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə və beynəlxalq hüquqa riayət etməyə çağırıb.
Rusiya Dövlət Duması “Donetsk və Luqansk Xalq Respublikaları” ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda müqaviləni ratifikasiya edib. Haqlı.az xəbər verir ki, təsdiqlənən sənəd Prezident Vladimir Putin tərəfindən gündəliyə salınıb. Təsdiqləndiyi gündən qüvvəyə minən qanun iqtisadiyyat, müdafiə, sərhədlərin mühafizəsi, etnik azlıqların haqlarının qorunması və s. sahələri əhatə edir.
Donbass Ukraynanın ayrılmaz tərkib hissəsidir. Haqlı.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Ali Radasının qəbul etdiyi qətnamədə deyilir. Ukrayna Ali Radası xarici dövlətləri “DXR” və “LXR”-in müstəqilliyini tanımamağa çağırıb. Qeyd edilib ki, Ukrayna Donbassda münaqişənin siyasi-diplomatik yolla həllinə sadiq qalır.
Almaniya "Şimal axını-2" qaz kəmərinin fəaliyyətini dondurub. Haqlı.az-ın xəbərinə görə, sanksiya Rusiyanın “DRX” və “LXR”-i rəsmi şəkildə tanımasına cavab olaraq tətbiq edilib. Rusiyanın ən böyük təbii qaz idxalçısı olan Almaniyanın sanksiyası Avropanın tətbiq edə biləcəyi ən böyük sanksiya kimi görülür.
“Bu gün biz Rusiyanın Ukraynaya qarşı qanunsuz hərəkətlərinə sərt cavab vermək barədə yekdil razılığa gəldik”. Haqlı.az-ın xəbərinə görə, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib. O deyib ki, Aİ-nin sanksiyalar paketi Rusiya Dövlət Dumasının 351 üzvünə şamil olunacaq bu üzvlər qondarma Luqansk Xalq Respublikası və...
ABŞ Prezidenti Co Bayden bildirib ki, Rusiya Federasiyasının elitalarına, banklara və suveren borcuna qarşı sanksiyalar tətbiq edir. Haqlı.az xəbər verir ki, bu barədə amerikalı lider açıqlama verib.   Bayden vurğulayıb ki, sanksiyalar Moskvanın Ukraynadakı hərəkətlərindən asılı olaraq sərtləşdiriləcək və ABŞ-ın 2014-cü ildə tətbiq etdiyi sanksiyalardan qat-qat güclü olacaq. “Mən 2014-cü ildə bizim və...
ABŞ administrasiyasının elan etdiyi sanksiyalar qlobal maliyyə və enerji bazarlarına zərər verəcək və bunun nəticələrini sıravi amerikalılar da hiss edəcəklər. Haqlı.az xəbər veri ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Amerikanın yeni məhdudiyyətləri ilə bağlı sualları cavablandırarkən deyib. Rusiyalı diplomat bildirib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları heç nəyi həll etməyəcək. “Tarix hamıya...
Rusiyanın enerji resurslarından silah kimi istifadə etməsi Avropanın başqa ölkələrdən yanacağın almasını sürətləndirəcək və ciddi nəticələrə gətirib çıxaracaq. Haqlı.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının direktor müavini Dalip Sinqh bildirib. Qeyd edək ki, D. Sinqh eyni zamanda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin qlobal...
Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra dövlətə xəyanət maddəsi ilə 3 cinayət işi açılıb. Bu cinayət işləri üzrə 24 hərbçi təqsirləndirilir. Haqlı.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun məsləhətçisi Qor Abramyan açıqlama verib.   Təqsirləndirilən şəxslərin məhkəmə iclasları dövlət sirrinə görə qapalı keçiriləcək.
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarına dərhal Rusiya Federasiyasının ərazisini tərk etməyi tövsiyə edib. Haqlı.az-ın xəbərinə görə, bu barədə TASS Ukrayna XİN-ə istinadən məlumat yayıb.