27 C
Baku
Bazar ertəsi, İyun 27, 2022
Xocalı soyqırımının 30-cu ildönümü günü keçiriləcək anım tədbiri ilə əlaqədar paytaxtın mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti sxemi də müvəqqəti dəyişdiriləcək. Haqlı.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Bildirilib ki, dəyişiklik, ümumilikdə, 20 müntəzəm marşrut xəttini (1, 2, 4, 5, 6, 10,...
Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Azərbaycan xalqına təşəkkür edib. Haqlı.az-ın xəbərinə görə, ukraynalı diplomat bu barədə "Facebook" səhifəsində paylaşım edib. "Bu gün Azərbaycanın sadə vətəndaşlarından, xüsusən də sosial şəbəkələrdə Ukraynaya dəstək üçün çoxlu telefon zəngləri və mesajlar aldıq. Bu, mənə İkinci Qarabağ müharibəsi zamanı sadə ukraynalıların Azərbaycanı necə...
Pirallahı Sənaye Parkında onkoloji, HİV/QİÇS-in, qan və sinir sistemi, ürək-damar sistemi və s. xəstəliklərinin müalicəsinə yönələn dərman preparatlarının istehsalı planlaşdırılır. Haqlı.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, istehsal Parkın rezidenti olan əczaçılıq müəssisəsi tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, investisiya dəyəri 16 mln. ABŞ dolları olan müəssisə tərəfindən illik...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki “İT Learning Centre” MMC tərəfindən 20 nəfər Vətən müharibəsi qazisi də İKT sahəsi üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Haqlı.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir. “Peşə öyrən,...
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir. Ukraynada telefon və internet əlaqəsi kəsilmədiyi üçün soydaşlarımız arasında kommunikasiya mövcuddur. Haqlı.az Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına istinadən xəbər verir ki, Ukraynada çoxlu sayda azərbaycanlı yaşadığı nəzərə alınaraq, Ukrayna...
Baş Prokurorluq erkən nikahlarla bağlı vətəndaşlara müraciət edib. Haqlı.az-ın xəbərinə görə, Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva tərəfindən erkən nikahlarla bağlı vətəndaşlara videomüraciət olunub. Qeyd olunub ki, erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur: “Ailə Məcəlləsinin...
“Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) tərəfindən dünyanın aparıcı mərkəzi banklarının iştirakı ilə ABŞ-ın Vaşinqton şəhərində beynəlxalq konfrans keçirilib. Haqlı.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, konfransda Azərbaycan Mərkəzi Bankı ilə yanaşı, 150-dən çox ölkənin, o cümlədən Avropa Mərkəzi Bankının, İngiltərə, İsveçrə, İsveç, Norveç, Avstraliya, Meksika, İndoneziya, Qazaxıstan, Sinqapur, Filippin,...
“Artıq 2697 qaziyə əlilllik dərəcəsi təyin olunub”. Haqlı.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əlillik məsələləri üzrə nəzarət şöbəsinin koordinatoru Şöhrət Soyziyev "Tibbi sığorta saatı"nda deyib. O bildirib ki, onlar Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən reabilitasiya mərkəzinə yönləndirilməklə reabilitasiya xidməti ala bilərlər: “Bundan başqa, qazilər İTSDA-nın Tibbi reabilitasiya...
Azərbaycanda qaz sayğaclarının göstəricilərinin oxunmasında süni intellekt həllindən istifadə olunacaq. Haqlı.az xəbər verir ki, bunu "IV Sənaye İnqilabında trendlər" mövzusunda keçirilən tədbirdə çıxış edən SOCAR-ın İnformasiya texnologiyaları və kommunikasiya idarəsinin rəis müavini Fuad Əliyev deyib. Onun sözlərinə görə, bu gün artıq həllin tətbiqi istiqamətində sınaqlar tamamlanıb və bu yaxınlarda istismara veriləcək. "Biz...
Azərbaycanda COVİD-19 əleyhinə “Astra-Zeneca” peyvəndinin istifadəsi dayandırılıb. Haqlı.az xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov “Fəaliyyət üçün məlumat”: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olma” mövzusunda tədbirdə məlumat verib. Qeyd edək ki, indiyədək Azərbaycana 453600 doza “Astra-Zeneca” vaksini...