8 C
Baku
Bazar, Dekabr 5, 2021
Susay-Xınalıq avtomobil yolunun tikintisi davam etdirir. Haqlı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Alpan-Kürkün-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə...
Azərbaycan hərbçiləri Qafan-Gorus avtomobil yolunun ölkəmizin qanuni ərazisinə daxil olan hissəsindən keçən Ermənistan və İran maşınlarına daha bir məhdudiyyət qoyub. Haqlı.az xəbər verir ki, bu haqda "Hraparak” nəşri məlumat yayıb. Nəşrin xəbərinə görə, yeni qadağaya əsasən, Ermənistan və İrandan gələn maşınlar yalnız gündüz saatlarında və bir saatdan bir buraxılır. Məlumatla bağlı dünən...
Baku TV işğaldan azad edilmiş Kəlbəcər rayonundan eksklüziv görüntülər yayımlayıb. Haqlı.az xəbər verir ki, görüntülərdə Qarabağ müharibəsinin ən qanlı döyüşlərindən birinə şahidlik edən Ömər aşırımı da əks olunub. Ətraflı videonu təqdim edirik: https://www.youtube.com/watch?v=EAyqS-POa8g
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb. Haqlı.az xəbər verir ki, ölkədə virusa yoluxanların 54,2 %-i Bakının payına düşür. Yoluxma göstəricisi Abşeronda 13,4 %, Aranda 12,1 %, Gəncə-Qazaxda 7 %, Şəki-Zaqatalada 3,6 %, Quba-Xaçmazda 3 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,3 %, Yuxarı Qarabağda 1,5 %,...
2020-ci ildən etibarən Azərbaycan ərazisindəki çaylarda 25 avtomat hidroloji stansiya tikilib, ölkənin su ehtiyatlarına nəzarətin təmin olunması məqsədilə Qarabağda daha 10 stansiyanın tikintisi planlaşdırılır. Haqlı.az xəbər verir ki, bunu müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin rəisi Mütəllim Əbdülhəsənov deyib. Onun sözlərinə görə, bu işlər Nazirlər Kabinetinin...
"Əlbəttə, burada ilk maneə minalardır. Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik". Haqlı.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib. Prezident bildirib: "Dəfələrlə dediyim kimi, bu işdə bizim əsas rəqibimiz zamandır. Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Biz Minatəmizləmə...
Azərbaycan parlamentinin 28 mayı Müstəqillik Günü kimi bərpa etməsinin çox böyük siyasi əhəmiyyəti var. Bununla Azərbaycan Respublikası özünün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisi olduğunu göstərir. Haqlı.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev paylaşıb. O bildirib ki, bu varisliyin elan edilməsi ölkəmizə aşağıdakı fürsətləri verir: 1) 1918-ci...
Azərbaycan Gorus-Qafan yolunda tikinti işləri aparır. Haqlı.az xəbər verir ki, bu barədə Gorusun vitse-meri Karo Köçəryan erməni mediasına açıqlamasında deyib. O bildirib ki, azərbaycanlıların nə tikdiyi haqda heç bir məlumatı yoxdur: “Tikib qurtarandan sonra biləcəyik ki, nədir”. Qeyd edək ki, Azərbaycan Gorus-Qafan yolunun ərazimizdən keçən 21 km-lik hissəsinə nəzarət üçün post qurub. Hazırda...
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. APA-nın Mingəçevir bürosunun məlumatına görə publik hüquqi müəssisənin direktoru Könül Ələkbərov tutduğu vəzifədən azad olunaraq paytaxtın tibb müəssisələrindən birinə təyinat alıb. Mingəçevir Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Məzahir Yusifov da daxili əmrlə tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə hələlik təyinat...
Türkiyənin istehsal etdiyi Pilotsuz Uçuş Aparatlarının (PUA) ABŞ radarları tərəfindən təyin edilməsi faktı ortaya çıxıb. Haqli.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın hərbi müdafiə saytı olan “Defense News”də çıxan məqalədə bildirilib. Sayt qeyd edib ki, ABŞ Avropalı müttəfiqlərini PUA-larla mübarizə mövzusunda təşviq edir. Məqalədə Qarabağda baş verən müharibədə Qərb güclərinin...