19 C
Baku
Cümə, Avqust 19, 2022
Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan...
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Müdafiə Nazirliyindən bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 04.05.2022-ci il tarixdən 07.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin müavini Aleksandr Şerin Azərbaycanı və Yaponiyanı hədələyib. Haqlı.az xəbər verir ki, “Realist” informasiya agentliyinə müsahibəsində rusiyalı deputat hər iki ölkə haqqında təhdid xarakterli fikirlər səsləndirib: “Kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən “Kalibre” və “İsgəndər”lər hiss edəcəklər. Hazırki prosesdə fürsətdən istifadə...
General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olduqları yerdən yeni görüntülər yayılıb. Haqlı.az xəbər verir ki, videoda hərbçi yoldaşları onların necə şəhid olduqlarını təsvir edib. Həmin görüntüləri təqdim edirik: https://youtu.be/ULZG0-vI8SQ
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Haqlı.az icmalı təqdim edir. https://www.youtube.com/watch?v=eEig-ETk5VI
Xankəndidəki separatçı-terrorçuların “rəhbəri” Araik Arutyunyan Qarabağda Azərbaycanın nəzarətinin bərpa ediləcəyi reallığı ilə barışır. Haqlı.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Nəşrin məqaləsində bildirilir ki, Nikol Paşinyan və Arutyunyan bu məsələdə artıq razılaşıblar. “İki gün əvvəl “təhlükəsizlik şurası”nın geniş iclasında Arutyunyan bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanmasının alternativi yoxdur. Lakin qeyd...