17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021
Türkiyə mediasının ən prestijli foto mükafatlarında 2021-ci ilin qalibləri açıqlanıb. “Sabah” qəzetinin müxbiri Uğur Yıldırımın Qarabağ müharibəsi dövründə çəkdiyi fotoşəkil ilə “İlin Mətbuat Fotosu” mükafatını qazanıb. KAİM.az xəbər verir ki, ilin Mətbuat Fotosu mükafatına layiq görülən kadrda Ermənistanın Gəncə şəhərinə endirdiyi raket hücumunda qohumunun ölüm xəbərini alan qadının fəryadı əks olunub. Yıldırım həmçinin...
Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin mina və partlamamış sursatlardan təmizlənməsi prosesi davam edir. KAİM.az Ağdam rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata istinadən xəbər verir ki, artıq rayonun işğaldan azad edilmiş 2941,41 hektarı partlayıcı maddələrdən tam təmizlənib. Həmin ərazilərin 2 min 190,5 hektar sahəsi şumlanıb. Şumlanan ərazilərin hamısına buğda əkilib.
Azərbaycan Respublikasının 1992-ci il fevralın 26-da Ermənistan tərəfindən əhalisi amansız soyqırımına məruz qalaraq işğal edilmiş Xocalı şəhərində qanunsuz məskunlaşmış Manvel Avanesyan 2016-cı ildən bəri burada rahatca istixana təsərrüfatı ilə məşğul olur. KAİM.az xəbər verir ki, M.Avanesyan bu haqda Xankəndindəki separatçı erməni nəşrlərinə danışıb. Onun sözlərinə görə, istixanasının sahəsi 340 kvadratmetrdir. “Müxtəlif növ...
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Atəşkəs bütün təmas xəttində müşahidə olunur”. KAİM.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin aprelin 14-nə...
Şəkidə zibillikdə hökm sürən antisanitar vəziyyət sakinləri narahat edir. KAİM.az xəbər verir ki, onlar yandırılan zibillərin arasında eşələnən heyvanlara görə də narahatlıq keçirirlər. Məlumata görə, zibillik şəhərin mərkəzinə yaxın ərazidə yerləşir. Oradakı vəziyyəti əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıntıların miqyası hədsizdir. KAİM.az Trend-ə istinadən xəbər verir ki, dağıntılara məruz qalan Azərbaycan kəndlərindən biri də Cəbrayıl rayonun işğaldan azad olunan Horovlu kəndidir. Ermənilər kənddə məktəb, bağça yaşayış evlərini tamam dağıdıblar. Bununla kifayətlənməyən ermənilər əvəzində həmin əraziyə özlərinə aid saxta üzərində ermənicə yazılar yazılmış daşlar qoyub....
Ermənistan bu gün Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə itkin düşən hərbçilərinin cəsədlərinin axtarışını davam etdirəcək. KAİM.az xəbər verir ki, bu barədə yerli mediaya axtarışı həyata keçirəcək aidiyyəti qurumlardan məlumat verilib. Qeyd edilir ki, martın 23-də təşkil olunacaq hərbi əməliyyatlar zamanı ölən və itkin düşən hərbçilərin xüsusi axtarış tədbirləri Hadrut qəsəbəsi istiqamətində...
Ötən həftə Rusiyanın bir qrup hərbçisi Ermənistanın Azərbaycanla sərhədinə gəlib. Erməni mediasının məlumatına görə, Gümrüdə yerləşən 102-ci hərbi bazanın hərbçiləri Azərbaycanın Qazax rayonu ilə həmsərhəd İcevan şəhərində olublar. Hərbçilərin görüntüləri sosial mediada yayılıb. Qeyd edilir ki, Rusiya hərbçiləri yerli bazara baş çəkiblər, sakinlərlə söhbətləşiblər. Bununla yanaşı, onlar Ermənistan ordusunun İcevandakı...
Salyan rayonunda vəzifəli şəxs dünyasını dəyişib. KAİM.az xəbər verir ki, rayonun Xıdırlı kənd ərazi vahidliyinin nümayəndəsi, 1960-cı il təvəllüdlü Nəzirov Elçin Bayram oğlu bu gün səhər saatlarında evdə olan zaman qəfil dünyasını dəyişib. Kənd sakinlərinin bildirdiyinə görə, Salyanın Yenikənd kəndində doğulan E. Nəzirov uzun illər şəkər xəstəliyindən əziyyət çəkirmiş.
Azərbaycan Dağlıq Qarabağ ərazisində yeni hərbi əməliyyatlara hazırlaşır. KAİM.az xəbər verir ki, Ermənistanda bu iddialar müzakirə mövzusuna çevrilib. Ermənilərin qorxusuna səbəb olan bir neçə məqam var: 1. Azərbaycanın İsraildən 2 milyard dollar məbləğində müasir silahlar almaqla bağlı müqavilə imzalaması; 2. Azərbaycan Ordusunun 10 min canlı qüvvə, yüzlərlə hərbi texnika, aviasiya və PUA-ların iştirakı...