TARİF ŞURASI: Təbii qazın qiyməti ilə bağlı vacib xəbər – YANVARIN 1-DƏN BAŞLAYIR!

Bu il olduğu kimi, 2021-ci ilin yanvar ayının 1-də qaz sərfiyatıyla bağlı bütün abonentlərə yeni limit veriləcək.

Redaktor.az xəbər verir ki, Tarif Şurasının 22 dekabr 2016-cı il, 19 nömrəli qərarına əsasən, hər il yanvarın 1-də qaz sərfiyyatı ilə bağlı abonentlərin limiti yenilənir.

Hesabat dövrü mexaniki sayğaclar üçün yanvarın 5-dən, “Smart-kart” tipli sayğacları üçün isə 1-dən götürülür. Limiti Tarif Şurası müəyyənləşdirir.

Qeyd edək ki, təbii qaza tətbiq edilən limitdə bir dəyişiklik yoxdur, əvvəlki qayda tətbiq olunur. Limit illik limit 2200 kubmetrdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin