Hacı Zaməddin Ziyadoğlu ilə Fərman Borçalının ürəkaçan QARABAĞ HEKAYƏSİ – “Ağdamdakı Novruz tonqalı”

Qarabağ zəfərimiz hər bir azərbaycanlıya dərin qürur hissi verməklə yanaşı, müxtəlif qələbə xatirələri də qazandırdı. Hacı Zaməddin Ziyadoğlu və Fərman Borçalı ürəyi Ağdamla döyünən, torpaq sevgisini qəlbinə bəzək etmiş sevilən şairlərimizdəndir. Müharibədən əvvəl zəfər qoxusunu baş verən hadisələrdən, maraqlı gəlişmələrdən alan şair ilk Qarabağ hənirtisi duyduğu xatirəsini belə danışır:

“Yoldaşı, yolda sına,
Tən ol sən yoldaşına,
İnsan qəlbi billurdur,
Qıyma sən yolda sına!

Ötən ilin Novruz bayramı ərəfəsində, ürəyimizə dammış kimi, Ağdam rayon İcra Hakimiyyəti başçısı, dostumuz olan Vaqif müəllim Həsənovdan dəvət gəldi. Mart ayının 3-də, çərşənbə axşamı şair Hacı Zaməddin Ziyadoğlunun təklifi ilə üzü Qarabağa səfər etdik. 3-4 saatlıq yolu sanki, bir göz qırpımında gedib, Quzanlıya çatdıq. Yüksək qonaqpərvərliklə qarşılandıq. Hal-əhvaldan sonra, məlum oldu ki, Vaqif müəllim bu il su çərşənbəsi tonqalını yandırmaq üçün, neftçi və Hacı dostunu Bakıdan Ağdama dəvət edib.

Rayon rəhbərliyinin və mötəbər qonaqların iştirakı ilə, tonqalın ətrafına toplaşdıq. Rayon ictimaiyyətinin iştirakı ilə rəsmi tədbiri açıq elan edən Ağdam RİH-nin başçısı sözü Hacı dostuna verdi. Hacı Zaməddin bu görüşdə ömürlük yadda qalan bir söz dedi:

-Əziz Ağdamlılar, Qarabağlılar! Mənim əlim yüngüldür, müqəddəs OCAQ nəslindənəm, ümid edirəm ki, gələn il Novruz tonqalını, İnşallah, Ağdamın mərkəzində mən qalayacam! Qarabağ Azərbaycanındır və Azərbaycanın da olacaq!

Hacının dediyi bu kəlam həyata vəsiqə qazandı. Ali baş komandanın strateji siyasəti və Azərbaycanın qəhrəman ordusu dünyaya ün salan müharibə qələbəsi nəticəsində Qarabağı bizə bəxş etdi. Noyabrın 10-da üçtərəfli müqavilənin təsdiqindən sonra, Novruz tonqalını canla-başla alovlandırmaq  üçün qürur mənbəyimiz yarandı. İndi qalır, üzümüzə gələn ilin Novruz tonqalını Ağdamda qalamaq.

Gecəni Quzanlıda qaldıq. Səhər yola düşmək ərəfəsində, Samuxdan da bir dəvət gəldi.

Hacı Zaməddini yaxından tanımayanlar üçün deyim ki, Hacı dünyanın 4 qitəsini, keçmiş SSRİ-nin 14 respublikasını və Azərbaycanın hər bölgəsini qarış-qarış, özü dediyi kimi, bulaq-bulaq gəzibdir.

Avstraliyada, Qırğızıstanda və Samuxda omayıbmış. Bu da, Samuxdan gələn dəvət!

Bizi Samuxda rayon İcra Hakimiyyəti başçısı Alı müəllim Qocayev özü qarşıladı. Rayon, onun iqtisadiyyatı, perspektivdə olan işlər barədə söhbət etdik. Dəyərli icra başçısının məsləhəti ilə, rayonla əyani tanış olduq. Sonda, Alı müəllim, üzünü Hacı dostumuza tutub dedi:

-Şair daha deyə bilməyəcək ki, Samuxda olmamışam! İnşallah, bir gün də Avstraliyaya, sonra da qalır Qırğızıstan. Onda olacaqsan dünyanı qarış-qarış gəzən səyyah.

Alı müəllimlə görüşüb, yollandıq şairlər yurduna, üzü Qazaxa…

Doğrudanda, unudulmaz günlər keçirdik. Yaxşı ki, şəkillər var, bu görüşləri təsdiqləyən.”

Fərman BORÇALI

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin