Səhiyyə səngərimizin ƏSGƏRLƏRİ – Abşeron Təcili Tibbi Yardım xidmətinin işçilərini TANIYAQ

Azərbaycan ərazisində səhiyyə xidmətinin tənqid edildiyi bir çox məqaləni bu günə kimi saytımızda dərc etmişik. Narazı şəxslərin bəzi məmurların qəbuluna düşə bilmədiyi üçün səsləndirə bilmədiyi şikayətləri redaksiyamıza daxil olan məlumatlar əsasında işıqlandırıb, nəzərinizə çatdırmışıq. Sözsüz, tənqidi məzmunlu yazılarımız saysız-hesabsızdır. Amma bu o demək deyil ki, həmin məqalələr bütün səhiyyə orqanlarını əhatə edir. Möcüzəvi səslənsə də, əminliklə deyə bilərik ki, işinə maddi maraqlarını daxil etməyən, vicdanının səsi ilə hərəkət edən həkimlər, tibb bacıları və digər səhiyyə işçiləri də var.

Söhbət kimdən gedir?

Bu sözlərimizi əsaslandırmaq üçün Abşeron rayon Təcili Tibbi Yardım xidməti işçilərinin fəaliyyətinə nəzər sala bilərik. Xəstəyə ilk tibbi yardım müdaxiləsinin düzgün və vaxtında edilməsinin nə qədər həyati önəm daşıdığını, əksər hallarda can qurtardığını yaxşı bilirik. Bəzən, bu müdaxilələrin ağır əməliyyatın uğurlu alınması qədər vacib olduğunu xüsusilə qeyd etmək lazımdır. Çünki, Abşeron rayon Təcili Tibbi Yardım xidmətinin işçiləri bu sahədə profesionaldır.

Həmin təcili yardım xidmətinin dəyərli həkimi Məmmədova Günay oxuyub öyrəndiklərini iş təcrübəsində xüsusi bacarıq və əzmlə göstərir. Xəstələrə ilk tibbi müdaxilənin gigiyenik, sanitar və müvəffəqiyyətli olması üçün bütün qabiliyyətini ayrı-seçkilik etmədən göstərməsi onun işinə və cəmiyyətinə olan qayğısından irəli gəlir. Ən son ana qədər edilə biləcək bütün müdaxilələri bacaran xanım həkimimiz bəzi həmkarları üçün qüsursuz örnəklərdən biridir.

Günay həkimə işlərində həvəs və canfəşanlıqla kömək edən tibb bacısı Abdullayeva Ülviyyə həm xəstələr, həm də həkim yoldaşları tərəfindən dəfələrlə təqdir edilib. Düzgün dərmanların istifadəsi, həkimə səmərəli köməyin təmin olunması tibb bacısı fəaliyyətinin özəyini təşkil edir. Bu xüsusda narazılıq yaratmayan iş çalışmasını da tibb bacısı Ülviyyə xanımın fəaliyyətində görə bilərik.

Bu orqanın ambulans xidmətinin sürücüsü Əliyev Əliqulu sürətli və ehtiyatlı sürücülük qabiliyyəti ilə bəzi həmkarlarından seçilir. İş məsuliyyətini dərk etmək, birinin həyatını xilas edə bilmək üçün digərlərinin həyatını təhlükəyə atmadan peşəkar fəaliyyət göstərmək bacarığı sürücü Əliyev Əliqulunun iş prinsipində öz əksini tapır.

Abşeron rayon Təcili Tibbi yardım xidmətinin bütün işçilərinə müqəddəs peşələrində uğur və sağlamlıq arzu edirik. Bacarıqlı və vicdanlı iş fəaliyyətinizdən dolayı SİZƏ MİNNƏTDARIQ.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin