DİN: “Qanunsuz ov hallarına qarşı tədbirlər davam etdirilir”

Polis əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

KAİM.az xəbər verir ki, Dekabrın 27-də Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun İsaqbağı kəndi ərazisində qanunsuz ov edən 6 nəfər saxlanılıb. Onlardan 4 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin