“Mədəniyyət və yaradıcılıqda rəqəmsal həllər” yarışının qalibləri ilə onlayn görüş keçirildi

29 dekabr tarixində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov “Kreativ Azərbaycan” portalının (creative.az) təşkil etdiyi “Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirdi. Qaliblər qismində “Aydın və Aydan” layihəsinin rəhbəri Rəşid Ağamalıyev, “Kreativmart” layihəsinin rəhbəri Fərrux Rəhimov və “Onlayn rəqəmsal incəsənət arxivi” layihəsinin rəhbəri, “Ta(r)dino” incəsənət platformasının təsisçisi Əsli Səmədova iştirak etdilər.

KAİM.az xəbər verir ki, görüşdə qalib iştirakçılar öz layihələri barədə məlumat verdilər və Azərbaycanda yaradıcı sənayelərin inkişafı və startap hərəkatının genişlənməsinə dair təkliflərini təqdim etdilər. Anar Kərimov müsabiqə qaliblərini təbrik etdi, onlarla yaradıcı sənayelər və startaplara dair fikir mübadiləsi apardı. O bildirdi ki, Mədəniyyət Nazirliyi ölkəmizdə innovativ fəaliyyətin, o cümlədən startapların dəstəklənməsinə böyük önəm verir və Nazirliyin yeni fəaliyyət strategiyasının formalaşdırılmasında bu istiqamətin əsas istiqamətlərdən biri kimi nəzərdə tutulduğunu qeyd etdi. Sonda, Anar Kərimov qaliblərə layihələrin icrasında uğurlar arzuladı.

Qeyd edək ki, Azərbaycanda mədəniyyət və yaradıcılıq sahələrində yeni ideyaları və yanaşmaları dəstəkləmək məqsədilə Mədəniyyət Nazirliyinin “Kreativ Azərbaycan” portalı 10 aprel 2020-ci il tarixində “Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsinə start vermişdir. Layihələrin qəbulu 15 may 2020-ci il tarixinədək davam etmiş və müsabiqəyə 50-ə yaxın layihə təqdim edilmişdir. Bu layihələr sırasından ən uğurlu hesab edilən 7 layihə ikinci, yəni 23 avqust 2020-ci il tarixindən etibarən başlayan video-pitçinq mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin qalibləri münsiflər heyətinin səsverməsi əsasında müəyyən olunmuş və 8 dekabr 2020-ci il tarixində elan edilmişdir:

Layihənin ümumi mükafat fondu 12000 manat təşkil etmişdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin