İspaniya radiosunda Azərbaycanın turizm potensialından danışılıb

İspaniyanın nüfuzlu “COPE Espanya” radiosunda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən işlərdən və turizm potensialından bəhs edilib.

KAİM.az xəbər verir ki, İspaniyada fəaliyyət göstərən Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının (ACAE) prezidenti Fərid Mustafayev radioya müsahibəsində bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə böyük işlər görülür və gələcəkdə ölkəmizin bu əraziləri məşhur turizm mərkəzinə çevriləcək.

ACAE prezidenti Azərbaycanın ayrılmaz tarixi ərazisi və dilbər guşələrindən biri olan Dağlıq Qarabağın turizm potensialından da danışıb. O, gələcəkdə ispan turistlərini Dağlıq Qarabağa səfər etməyə dəvət edib.

Müsahibə zamanı Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın işğalçı siyasəti nəticəsində problemin 30 ilə yaxın bir müddətdə davam etdiyi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və digər beynəlxalq təşkilatların qərarlarına Ermənistanın məhəl qoymadığı, beynəlxalq hüquq normalarına əməl etmədiyi barədə ətraflı məlumat verilib.

Sülh tərəfdarı olan Azərbaycanın uzun illər danışıqlar prosesinə sadiq qaldığı, amma qarşı tərəfin Qarabağın Ermənistan ərazisi olduğunu deməsilə bu prosesə son verdiyi, Azərbaycana hücum etmək yolu ilə yeni ərazilər işğal etməyə çalışdığı nəzərə çatdırılıb.

Qeyd edilib ki, beynəlxalq qanunlara uyğun olaraq əks-hücum əməliyyatlarına başlamağa məcbur olan Azərbaycan 44 günlük müharibə zamanı öz torpaqlarını işğaldan azad edərək dövlətimizin, ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirib və ərazi bütövlüyünü təmin edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin