“İnsanları niyə öldürürsünüz?” – TƏBİB-ə ETİRAZ

“Çıxıb iki saat vaksindən danışırlar, amma 150 nəfər tibb işçisinin qidadan zəhərləndiyindən, modul tipli xəstəxanadakı kütləvi oksigen çatışmazlığından ölən insanlar haqqında danışmırlar. Məhkəməyə verən də yoxdur”.

Cebhe.info xəbər verir ki, bu fikirlərlə tanınmış müğənni Nura Suri çıxış edib.

Səhiyyə surumlarının fəaliyyətsizliyindən şikayətlənən müğənni dərman çatışmazlığına da toxunub.

“İnsanları niyə öldürürsünüz? Niyə xalqa hesabat vermirsiniz? Hamını öz evində bağlamısız zatən… İnsanlar işsiz, pulsuz oturub, səslərini də çıxarmırlar. Camaat bu ölkədə dərman tapıb ala bilmir. Dərmanların qiyməti də kəlləçarxda…”,-deyə müğənni əlavə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin