Heydər Əliyevin xatirəsi Bişkekdə yad edilib

Qırğızıstanda fəaliyyət göstərən “Azəri” ictimai birliyinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Kaim.az xəbər verir ki, Qırğızıstan Xalqı Assambleyasının binasında təşkil edilən tədbir görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ruhuna duaların oxunması ilə başlayıb.

Anım mərasimində “Azəri” ictimai birliyinin sədri Əzizağa Əliyev və “Türkel” media qrupunun baş redaktoru Ramiz Məşədihəsənli çıxış ediblər. Natiqlər müasir Azərbaycan dövlətinin banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi inkişafının və hərbi qüdrətinin təmin olunmasında, xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsində misilsiz xidmətlərindən danışıblar.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursu böyük uğurla davam etdirir və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması da buna parlaq nümunədir. Çünki torpaqlarımızın işğaldan azad edilməsi Heydər Əliyevin ən mühüm vəsiyyətlərindən biri idi.

“Qırğızıstan azərbaycanlıları öz tarixi vətənləri ilə qürur duyur və böyük lider Heydər Əliyevin xatirəsi önündə baş əyirlər”, – deyə soydaşlarımız vurğulayıblar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin