Hərbi qulluqçularımızın təltif olunması prosesi davam edəcək-YENİ SİYAHI

Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında bir sıra hərbi qulluqçularımız “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli “Rəşadət” ordeni, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və “Vətən uğrunda” medalı ilə təltif olundu.

Təltif olunmalar bununla bitmir. Döyüşlərdə iştirak etmiş hərbi qulluqçular əvvəlki orden və medallarla yanaşı, yeni təsis edilən medallarla da təltif olunacaqlar.

Qələbəyə görə yeni təsis edilən medalları təqdim edirik:

“Cəsur döyüşçü” medalı;

“Döyüşdə fərqlənməyə görə” medalı;

“Suqovuşanın azad olunmasına görə” medalı;

“Cəbrayılın azad olunmasına görə” medalı;

“Xocavəndin azad olunmasına görə” medalı;

“Füzulinin azad olunmasına görə” medalı;

“Zəngilanın azad olunmasına görə” medalı;

“Qubadlının azad olunmasına görə” medalı;

“Şuşanın azad olunmasına görə” medalı;

“Kəlbəcərin azad olunmasına görə” medalı;

“Ağdamın azad olunmasına görə” medalı;

“Laçının azad olunmasına görə” medalı;

“Vətən müharibəsi iştirakçısı” medalı;

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı.

//trend

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin