Diaspor təmsilçiləri “Yaşat” Fondu barədə danışdı-VİDEO

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun Himayəçilik Şurasında təmsil olunan diaspor nümayəndələri fondda təmsil olunmaları və fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini bölüşüb.

Onlar Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru, Avropanın tanınmış nevroloqu Məsud Aşina və hazırda Türkiyədə yaşayan Azərbaycan Respublikasının Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovdur.

Onlar belə bir Fondun yaradılmasından və onun fəaliyyətində yaxından iştirak edəcəklərindən qürur duyduqlarını ifadə ediblər. Məsud Aşina və Cahangir Novruzovun videomüsahibələrini təqdim edirik.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin