Aqrar İnkişaf Könüllüləri Abşeronda şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçiriblər

Aqrar İnkişaf Könüllüləri Təşkilatı (AİKT) qələbə ilə başa çatan Vətən Müharibəsində həlak olan şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasını davam etdirir. Aksiya Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı (BHİK) ilə əməkdaşlıq çərçivəsində keçirilir.

KAİM.az xəbər verir ki, Aqrar İnkişaf Könüllüləri növbəti aksiya çərçivəsində Abşeron rayon ərazisində 200 şəhidin hər birinin xatirəsinə şam ağacı əkiblər. Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin rəhbər heyəti də iştirak edib. Ümumiyyətlə, aksiya çərçivəsində könüllülər indiyədək regionlarda 1875  ağac əkiblər.

Ağacəkmə kampaniyası zamanı karantin rejiminin qaydalarına ciddi əməl olunub. İştirakçılar tibbi maskalardan, tibbi əlcəklərdən istifadə ediblər, sosial məsafənin qorunması təmin edilib.

Qeyd edək ki, KTN-nin BHİK və AİKT tərəfindən ilin sonuna kimi Vətən müharibəsində həlak olan hər bir şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkənin bütün rayon və şəhərlərində ağacəkmə aksiyası keçiriləcək.

Ağacəkmə aksiyasının gələcəkdə işğaldan azad olunmuş ərazilərdə davam etdirilməsi nəzərdə tutulur.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin