Bakının bəzi yerlərində içməli suyun verilişi dayandırılıb

“Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun “Şıxov”, Bibiheybət və 20-ci sahə ərazisinə içməli suyun verilişi dayandırılıb”.

Haqlı.az-ın məlumatına görə, bunu “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda qəza briqadaları hadisə yerində işləyir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin