Bakıda ağır yol qəzasında 3 nəfər ölüb, xəsarət alan var

Bakıda ağır yol qəzası olub.

Haqlı.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsində BMW və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Musazadə Rüstəm Ənvər oğlu və 2 nəfər (şəxsiyyətləri dəqiqləşdirilir-red) ölüb, daha 1 nəfər – BMW-nin sürücüsü Sahil Xəlilov yaralanıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin