Bakıda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Haqlı.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1960-cı il təvəllüdlü Əsədova Elmira Əli qızı, 1992-ci il təvəllüdlü Həsənova Aytac Yaqub qızı və 2019-cu il təvəllüdlü Əsədova Nur Vahid qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin