Azərbaycanda son sutkada 13 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 651 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 872 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib, aktiv xəstə sayı 70 nəfərdir.

Ölkədə son sutka ərzində 3861, hazırkı dövrədək isə 6 842 319 test aparılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin