Aprel döyüşlərinin iştirakçısı olan zabit vəfat edib

Aprel döyüşlərinin iştirakçısı baş leytenant Aydın Həzrətov vəfat edib.

Haqlı.az-ın xəbərinə görə, bu barədə onun qardaşı İslam Həzrətov məlumat verib.

O bildirib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra beyin xərçəngindən əziyyət çəkən Aydın Həzrətov bu gün dünyasını dəyişib.

Xatırladaq ki, Aydın Həzrətov Aprel döyüşləri zamanı leytenant rütbəsi ilə hava hücumundan müdafiə üzrə tağım komandiri olub. Tərtərdə gedən döyüşlər zamanı mərmi partlaması nəticəsində zərbə dalğasından xəsarət alıb. Buna baxmayaraq leytenant xidməti davam etdirib.

Aydın Həzrətova müharibədən sonra baş leytenant rütbəsi verilib. 2020-ci ildə müayinə zamanı beynində bədxassəli şiş olduğu üçün müalicəyə cəlb olunub. Həkimlərin rəyinə görə xidmət dövründə beynində xəstəliyə yoluxub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin