TƏBİB: Bakıda cəmi iki xəstəxana koronavirus xəstələri üçün çalışır

“Koronavirusa yoluxma sayının aşağı olması xəstəxanaların əvvəlki fəaliyyətlərini bərpa etməsinə səbəb olub”.

Haqlı.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda vaksinasiya ilə bağlı ümumi statistikaya baxsaq görərik ki, peyvəndləmə ilə bağlı rəqəmlər kifayət qədər yaxşıdır. Bu həm Bakı, həm də regionlar üzrə yaxşı göstəricidir: “Bakıda cəmi iki tibb müəssisəsi koronavirus xəstələri üçün çalışır. Bu da aktiv xəstə sayının azalmasından irəli gəlir. Hazırda stasionar şəraitdə müalicə alan şəxslərin sayı nəzərə çarpacaq dərəcədə azdır. Vətəndaşlardan bir daha xahiş edirik ki, gigiyenik qaydalara yenə də əməl edilsin. Çünki hələ də pandemiyadır. Bütövlükdə bu sahədə nəzarət tədbirlərimiz davam

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin