Prezident: “Azərbaycanda COVID-lə bağlı vəziyyət çox müsbətdir”

Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb.

Haqlı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib.

 

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda vaksinasiya prosesi anlayışla qarşılanıb. Dövlət başçısı bunun vətəndaşlarımız tərəfindən dövlətin həyata keçirdiyi siyasətə etimadın bir nümunəsi olduğunu deyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin