IX siniflər üçün kolleclərə sənəd qəbulu bu gün başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 25 aprel saat 23:59-da başa çatacaq.

Haqlı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan tanış olmaq mümkündür.

25 aprel saat 10:00-a olan məlumata əsasən 35830 (Azərbaycan bölməsi – 34848; rus bölməsi – 982) abituriyent ərizəsini təsdiq edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin