Azərbaycanda son sutkada 20 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 20 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, son sutkada COVID-19-dan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 496 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 646 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 143 nəfərdir.

Ölkədə son sutka ərzində 2 820, hazırkı dövrədək isə 6 794 952 test aparılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin