Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı – FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Haqlı.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 040 nəfər müalicə olunaraq sağalıb, 9 698 nəfər vəfat edib. 329 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2106, bu günə qədər isə ümumilikdə 6 716 463 test icra olunub.

Qeyd edək ki, dünən 42 nəfər koronavirusa yoluxmuşdu.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin