Havadakı toz dumanı nə vaxtadək davam edəcək? – RƏSMİ

Peyk görüntülərinə əsasən, bu gün ölkə ərazisinə cənub-qərb istiqamətli hava axınları ilə Afrika səhralarından toz kütlələri daxil olub.

Haqlı.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, hazırda Bakı şəhərində tozun miqdarının normadan 10 faiz çox olduğu müəyyən edilib: “Lakin aprelin 2-3-də tozun konsentrasiyası daha da artacaq. Toz dumanının qısa müddətdə davam edəcəyi və orta çirklənmə səviyyəsinin müşahidə olunacağı gözlənilir”.

Xidmət rəsmisinin sözlərinə görə, toz dumanı ilə bağlı transsərhəd xarakterli çirklənmə qonşu ölkələrdə də müşahidə edilir: “Əsasən də Türkiyə ərazisində 31 mart tarixindən başlayaraq tozla əlaqədar yüksək çirklənmə səviyyəsi izlənilir. Sinoptik vəziyyətlə əlaqədar ölkəmizdə yüksək çirklənmə səviyyəsi proqnozlaşdırılmır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin