Dövlət Komitəsi Ukraynadan Polşa və Macarıstana keçən azərbaycanlılara müraciət edib

Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə bağlı digər qurumlarla koordinasiyalı şəkildə işləyərək, soydaşlarımızın heç bir xəsarət almadan Azərbaycana gəlmələri üçün bütün imkanlarını səfərbər edib.

Haqlı.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, Komitə Polşa və Macarıstana keçə bilən azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.

 

Polşadakı Azərbaycan Evinə +48 732 858 585,

Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89

telefon nömrələri vasitəsilə müraciət edə bilərlər.

Telefon nömrələri 24 saat aktivdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin