Təhsil nazirliyindən bu ilin “Son zəng” tədbirləri ilə bağlı AÇIQLAMA

22

Artıq may ayı yaxınlaşır. Növbəti təhsil ilinin yekunlaşmasına sayılı günlər qalıb. Təhsil ilində ən önəmli hadisələrdən biri də “Son zəng” hesab olunur. 

KAİM.az-ın məlumatına görə, bu il son zəng ötən ilkindən fərqli keçiriləcək.

Belə ki, ötən il son zəng onlayn keçirilmişdi. Bu il həmin tədbir yalnız onbirincilərin iştirakı ilə və pandemiya rejiminə uyğun şəkildə həyata keçiriləcək. Maska və ara məsafəsinin qorunması mütləq olacaq.

Təhsil Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı sorğumuzu belə cavablandırdı:

“Son zəngin keçiriləcəyi tarixdə pandemiya şəraitinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”. / news24.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin