190 manat birdəfəlik maddi yardımla bağlı AÇIQLAMA

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 100 min nəfər vətəndaşın məşğulluğu təmin edilib.
Kaim.az  Trend-ə istinadla xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiyalarla iş şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, il ərzində 90 min ictimai iş yeri yaradılıb: “Onlardan 38 mini daimi, 50 mini isə iki aylıq müvəqqəti xarakter daşıdı”.
Nazirlik rəsmisi bildirib ki, pandemiya dövründə 600 min nəfər birdəfəlik maddi yardım alıb:
“Ötən il bu ödəmə 6 dəfə həyata keçirilib. Ümumilikdə bunun üçün 450 milyon manat vəsait xərcləndi”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin