“Azəriqaz” sahibkarlarla növbəti görüşünü Binəqədidə keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü sabah Binəqədi rayonunda təşkil olunacaq.

Haqlı.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qurumun rəhbər şəxsləri Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 8 (Ramiz Aboyev Parkı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin